Bakıda yeni park salınır

Kateqoriya məlum deyil
T
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.
Sfera.az xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu, Babək prospekti, 3 ünvanına qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri "Xezer-Construction" MMC-yə həvalə olunub.
Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 milyon 229 min 641 manat ödəniləcək.
Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ilkin qiyməti 49 milyon 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi. (Ölkə.az)






