Avtotəlimçi Arzu Babazadə barəsində şikayət: “Ödənişi geri qaytarmır”

Avtotəlimçi Arzu Babazadə barəsində şikayət: “Ödənişi geri qaytarmır”
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə tanınmış avtotəlimçi Arzu Babazadənin fəaliyyətindən şikayətçi olan vətəndaş Aynur Qasımova ödəniş etməsinə baxmayaraq dərslərin vaxtında keçirilmədiyini, qeyri-etik münasibətlə üzləşdiyini və pulunun qalan hissəsini geri ala bilmədiyini iddia edib. Bakıda sürücülük öyrənmək istəyən şikayətçi yarımçıq qalan xidmətə görə problemlə qarşılaşdığını bildirib.

Sfera.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Aynur Qasımova avtotəlimçiyə əvvəlcədən 500 manat ödədiyini iddia edib.

Onun sözlərinə görə, bu qədər pulun müqabilində ümumilikdə 7 dərs keçirilib və bu dərslər təxminən 2 ay ərzində baş tutub.

Paylaşımda qeyd olunur ki, dərslər zamanı onun avtomobili idarə etməsi ilə bağlı gözləntiləri qarşılanmayıb. Şikayətçi dərslərin gedişində təlimçinin ona qarşı münasibətindən də narazı qaldığını yazıb.

“Dərs müddətində tələbələrə qarşı təhqir işlədir. Son dərsdə yenə ağzına gələni dedi. Buna görə dərsləri bitirməli oldum”, - şikayətçi bildirib.

O, artıq dərsləri davam etdirmək istəmədiyini və keçdiyi dərslərin məbləği çıxıldıqdan sonra qalan vəsaitin geri qaytarılmasını tələb etdiyini qeyd edib. Lakin iddiasına görə, ödədiyi pul geri qaytarılmır.

Şikayətçi məsələ ilə bağlı öz narazılığını sosial şəbəkədə ictimailəşdirərək ödənişinin qaytarılmasını istəyib.

Qeyd edək ki, paylaşımdakı fikirlər şikayətçinin iddialarıdır. Qarşı tərəfin məsələyə münasibəti məlum deyil.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR