Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?

Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?
Kateqoriya məlum deyil
T

Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır.

Sfera.az xəbər verir ki, sentyabrın 23-nə olan məlumata görə, Çikaqoda buğda fyuçersləri iyundakı minimum göstərici ilə müqayisədə 40 faiz artaraq son üç il yarımın ən yüksək səviyyəsinə çatıb.

Asiya, Yaxın Şərq və Afrikanın əsas idxalçıları Ukrayna və Rusiyadan tədarükə güvənirdilər. Lakin hazırda onlar alternativ mənbələr axtarmağa məcbur olublar.

Bir çox alıcı Qara dənizdən tədarükün bərpasına imkan verəcək razılaşmanı gözləyərək bir neçə ay ərzində alışları təxirə salıb. Hazırda isə xüsusilə idxaldan asılı Asiya ölkələrində ehtiyatlar azalır.

"Reuters"in məlumatına görə, ilin sonuna qədər əlçatan taxıl uğrunda rəqabətin daha da güclənəcəyi gözlənilir. Bu dövrdə Cənub yarımkürəsindən yeni məhsulun bazara daxil olması gözlənilir. Həmin vaxta qədər buğdanın qiyməti daha da arta bilər.

Buğdanın bahalaşması taxıl idxalından daha çox asılı olan ölkələrdə ərzaq inflyasiyasının yeni dalğası riskini də artırır.

Qeyd edək ki, sentyabr ayında Ukraynanın kənd təsərrüfatı istehsalçıları avqustla müqayisədə ixrac tempini artırmağa nail olublar. Lakin dəniz limanlarının davam edən blokadası aqrar sektor üçün əsas iqtisadi risklərdən biri olaraq qalır.\\publika.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR