Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər
Fevral ayının ortaları olsa da, havalar daha çox yaz fəslini xatırladır. Ötən ilin eyni dövründə isə ölkədə qış öz sərt üzünü göstərir, günlərlə davam edən güclü qar və şaxtalı hava şəraiti müşahidə olunurdu. Bu il dəyişən nə oldu? Mart ayı qış fəsli kimi keçə bilərmi? Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hazırda Bakıda temperatur 10-12 dərəcə arasında dəyişir və hava əsasən günəşlidir: “Bu göstəricilər