Logo

Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR