"Din təkcə kişilər üçün deyil" - Elşad Miridən ETİRAZ

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən, bu il müsəlmanların müqəddəs ayının 1-i miladi təqvimlə fevralın 19-na təsadüf edəcək. Təsdiqlənmiş təqvimə görə Ramazanın ilk günündə Bakıda imsak saat 06:04-də, iftar isə saat 18:34-dədir.
Sfera.az xəbər verir ki, Ramazan ayı ərəfəsində qadınların oruc tutması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mövzuya münasibət bildirən dinşünas Elşad Miri qadınlara oruc qadağası ilə bağlı iddiaları sərt tənqid edib.
O bildirib: “Qadınlara qarşı bu nə davranışdı? Dini etmisiniz ancaq kişilər üçün... Kişiyə cümə günü Allahın əmri olduğu kimi qadına da əmridir. Ramazanda qadınlarımız hər bir halda (reql, heyz) oruclarını tuta bilərlər. Əksini iddia edənlər Allaha böhtan atırlar”.
Dinşünasın sözlərinə görə, dini hökmlərin cinsə görə fərqli yozulması doğru deyil və bu məsələdə qadınlara qarşı ayrı-seçkilik yanaşması qəbulolunmazdır. Qeyd edək ki, məsələ ilə bağlı ənənəvi fiqh mövqeyi ilə fərqli şərhlər arasında müzakirələr davam edir.
Firuzə Əliyeva
Sfera.az
