Dövlət borcunun həcmi AÇIQLANDI
Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib. Sfera.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi