Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Kateqoriya məlum deyil
T

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

PAYLAŞ