Azərbaycanda havaların soyuq keçməsinin SƏBƏBİ açıqlandı
Azərbaycanda aprelin son günləri yazdan çox payızı, bəzi bölgələrdə isə hətta qışı xatırladır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaz fəslinin bir ayı tamam olan gün də ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir. Bəs bu adi hava dəyişkənliyidir, yoxsa iqlim