İsmayıllı yolu 1 həftə bağlı olacaq

İsmayıllı yolu 1 həftə bağlı olacaq
Kateqoriya məlum deyil
T

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel saat 07:00-dan 30 aprel saat 24:00-dək təmir işləri aparılacaq.

 

Sfera.az AAYDA-ya istinadən xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.

 

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

 

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər.

PAYLAŞ