Azərbaycanda uşaqların vəziyyəti necədir? - Say azalır, cins bölgüsü isə...
Bu gün Azərbaycanda da, dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Sfera.az xəbər verir ki, bu günün qeyd edilməsinə dair qərar BMT Baş Assambleyası tərəfindən 1950-ci ilin iyunun 1-də qəbul olunub. Bəs, Azərbaycanda uşaqların vəziyyəti necədir, demoqrafik və digər göstəricilər haqqında nə bilirik? 2020-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycan əhalisinin 26 faizi uşaqlardan ibarətdir. Ölkəmizdə 2,635 milyon uşaq var. Son 20 ilin müqayisəsi