Logo

Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI

Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq davam edir.

2. Bakı - Sumqayıt şosesində, Masazır dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Moskva prospektində, əsas yol və köməkçi yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

5. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR