Taksi xidmətində nələr dəyişə bilər? – Deputat açıqladı

Taksi xidmətində nələr dəyişə bilər? – Deputat açıqladı

“Taksi sürücülərinin xeyli haqlı olduqları məqamlar var. Bunlardan biri 8 saatdan çox işləməkdir”.


Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev deyib. O qeyd edib ki,  bu məsələni şirkətlər sistemli həll etməlidir:


“Çünki, sürücü həm özünü, həm də sərnişini təhlükəyə atır. Lakin, gərək sürücü ailəsini saxlaya biləcək qədər də qazanc götürsün. İkinci haqlı məqam isə 300-ə yaxın sürücünün şikayət və narazılıq etdiyinə görə şirkət tərəfindən bloklanması və işə buraxılmamasıdır. Bunu hansı qanun əsasında edirlər? Başa düşülən deyil. Ona görə də aidiyyatı qurumlar gərək bunu araşdırıb onların hüququnu bərpa etsin”.


Millət vəkilinin sözlərinə görə, hökumət bu məsələni tənzimləyə bilər:


“Amma, bu ciddi sosial narazılıq yarada bilər deyə etmirlər və mən bunu doğru sayıram. Taksi xidməti bir sosial layihədir və 60 000 şəxs ailəsini dolandırır. Sərnişinlər də normal qiymətə istifadə edə bilir. Bu gün taksidən yalnız varlılar deyil, kasıblar da yararlana bilir. Ona görə də bu məsələ bir az diqqətdən kənarda qalıb. Müəyyən addımların atılmasına ehtiyac var ki, heç bir tərəf ziyan çəkmədən məsələlər tənzimlənsin”.

 

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR