Əhalinin NƏZƏRİNƏ! - Bu evlərə görə ƏDV geri qaytarılmayacaq + VİDEO
Kateqoriya məlum deyil
"Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30%-nin geri qaytarılması hər mənzilə aid edilməyəcək".
Sfera.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Radil Fətullayev deyib. O bildirib ki, yeni qaydalar yalnız MTK-lardan alınan mənzillərə şamil ediləcək:
“ƏDV-nin qaytarılması yalnız yeni tikili satan MTK-lardan alınan mənzillərə tətbiq edilir. Əgər alıcı MTK-dan mənzil alıb, başqasına satarsa, ƏDV qaytarılmayacaq”.
(Musavat.com)






