“Televiziyaları yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal edib” - Etiraz
“Əvvəllər yeni nəslin formalaşmasında ailə, məktəb, cəmiyyət, bədii ədəbiyyat, filmlər, televiziya və.s kimi amillər çox mühüm rol oynayırdı. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var”. Sfera.az bildirir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, hazırda cəmiyyətdə xeyli problemlər var: “Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur - oğru aləmindən, ucuz dedektiv, "boyevik" və s. Mənəvi dəyərlər aşılayan filmlər yox