Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Sfera.az-ın məlumatına görə, Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri idi.
Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.(Unikal)






