Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirildi
Kateqoriya məlum deyil
Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould öz tviter hesabında paylaşıb.
Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib.






