Azərbaycanda uşaqların sayı azalıb – RƏQƏMLƏR
2021-ci ilin yekunlarına görə, Azərbaycanda uşaqların sayı azalaraq 2 milyon 613 min nəfər olub. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə uşaqların sayında 22 min nəfərə yaxın azalma qeydə alınıb. Əvvəlki illərdə ölkəmizdə uşaqların sayı az da olsa artırdı. 2011-ci ildə 2,543 milyon, 2016-cı ildə 2,59 milyon, 2020-ci ildə 2,63 milyon uşaq var idi. Vasif, Sfera.az