Logo

Erməni əsilli ekspert Azərbaycan TV-lərində - Kimdir?

Erməni əsilli ekspert Azərbaycan TV-lərində - Kimdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycanda erməni əsilli bir eksperti 3 telekanal davamlı olaraq efirə çıxarır. Təbii ki, bu ekspertin erməni əsilli olduğunu bilmirlər. Maraqlısı odur ki, həmin kanallardan birinin aparıcısının da nənəsi ermənidir və adətən bu adamın qonağı qismində efirə çıxır”.

Sfera.az xəbər verir ki, bunu “Azsiyasət.com” saytının baş redaktoru, tanınmış jurnalist Samir Feyruzov paylaşıb.

O bildirib ki, Türkiyə və Azərbaycan dövlətinin bayraqlarını hər gün təhqir edən erməni əsilli, Azərbaycan vətəndaşı olan ekspertin kimliyini açıqlayacaq:

“İnanıram ki, kimliyini bilsəniz, hər kəs şok olacaq. Bir az gözləyəcəm, əgər Azərbaycan ordusunun içinə soxulan bu adamın efirlərdən kənarlaşdırılması ilə bağlı qərar verilməsə, kimliyini açıqlayıb, "maraqlı" videogörüntüsünü yayacam”.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR