Bakıda 25 nəfər qara görə xəsarət aldı
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. TƏBİB-dən Sfera.az -a verilən məlumata görə, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.