Logo

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

AZAL Bakıdan Almatıya uçuşlara başlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Sfera.az AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: //www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

//www.azal.az/az/information/covid-azerbaijan.

Hazırda AZAL-ın aşağı büdcəli törəməsi - “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR