Bu rayona 30 sm qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır. Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. O qeyd edib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm,