Logo

Bakıda 25 nəfər qara görə xəsarət aldı

Bakıda 25 nəfər qara görə xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, onlardan 18-i qadın, 7-si kişidir.

Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR