Logo

Sabah Bakı əhalisi işə gedə biləcək? - RƏSMİ CAVAB

Sabah Bakı əhalisi işə gedə biləcək? - RƏSMİ CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gecə paytaxt ərazisində -2 və -4 dərəcə şaxta olacaq".

Sfera.az xəbər verir ki, bu sözləri Lent.az-ın sorğusuna cavab olaraq, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, ölkə ərazisində bu gün və sabah şaxta olacaq:

"Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcəyi və temperatur 0 dərəcəyə yaxın olacağı müşahidə edilir. Yollar buz bağlayacaq. Bölgələrdə də qeyri-sabit hava şəraiti davam edəcək.

Bakı və Abşeron yarımadasında gecə 2-4 dərəcə şaxta, rayonlarda isə 4-8 dərəcə şaxta olacaq. Gündüz -3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, dağlarda isə gecə 18 - 23 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta müəyyən ediləcək".

Yolların buz bağlayacağı şəraitdə əhalinin iş yerlərinə və dərsə gedəcəyi çox çətin görünür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR