Sərnişinlərin DİQQƏTİNƏ! - Bu marşrutların yolu DƏYİŞDİRİLİR
Martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ (Əhməd