Bakıda xanım müğənni mikrofonla söyüş söydü, döyüldü - \"Sultan Pub\"da QƏRİBƏ HADİSƏ

Bakıda xanım müğənni mikrofonla söyüş söydü, döyüldü - \

Bakıda məşhur restoranda işləyən qəlyançı qadın müğənnini döyüb. 

 

Sfera.az xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Sultan Pub” restoranında baş verib. 

 

Belə ki, qəlyançı qadınla Kəmalə adlı müğənni arasında dava Dəyanət adlı oğlana görə düşüb.

 

Kəmalə "Sultan Pub”da olan zaman "WhatsApp” vasitəsi ilə adını sonradan bildiyi Dəyanət adlı şəxsdən mesaj gəlib. Mesajı göndərən şəxs ondan xoşu gəldiyini və tanış olmaq istəyini bildirib. Adını Tünzalə kimi bildiyi, əsl adı Ağca olan restoranda qəlyançı işləyən qadın Dəyanətin şəklini görüb onu tanıdığını və anasının sevgilisi oduğunu bildirib. Ağca müğənniyə Dəyanətlə əlaqə saxlamamağı məsləhət görərək, onun qadınları aldatdığını deyib. 

 

Bir neçə gün sonra Dəyanət Ağcaya zəng edərək "səndən heç gözləməzdim, mənim haqqımda Kəmaləyə yaxşı sözlər deməmisən” deyə irad tutub.

 

28 noyabr 2022-ci il tarixdə Ağca işlədiyi restorana gedib, orada restoranı işlədən Vüsal və Fərasim adlı şəxslərlə nahar edib. Daha sonra Ağca Kəmaləyə onun sözlərini Dəyanətə çatdırması barədə irad tutub. Müğənni isə əvəzində həmin gün tanımadığı şəxsin doğum gününündə mikrafonla onun və anasının ünvanına nalayiq sözlər deyərək, təhqir etməyə başlayıb. 

 

Tərəflər arasında dava bundan sonra başlayıb. Səhər saat 05.00 radələrində Kəmalə restoranın sanitar qovşağına gedən zaman Ağca ona yaxınlaşaraq, anidən başı ilə üz nahiyəsinə vuraraq qaçıb. Müğənnin zərbədən başı gicəllənsə də, restorandan çölə çıxaraq, onun arxasınca gedib. Ağcanı küçədə görüb ona yaxınlaşmaq istəyərkən sonuncunun onu itələməsi nəticəsində müvazinətini itirərək, yerə yıxılıb. Nəticədə müğənniyə burun sümüyünün xətti yerdəyişməyən sınığı, burunun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidinin qançırları diaqnozu qoyulub.

 

Məhkəminin qərarı ilə "Sultan Pub” restoranın 1990-cı il təvəllüdlü Ağca adlı qəlyançısı hər ay qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.(qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....