Logo

Azərbaycanda DƏHŞƏT: Qonşular arasında dava düşdü - 5 yaralı var

Azərbaycanda DƏHŞƏT: Qonşular arasında dava düşdü - 5 yaralı var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkirdə kütləvi dava olub.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisənin səbəbləri araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR