Bakıdakı atışmada adı hallanan Nicatın görün kiminlə FOTOSU üzə çıxdı

Bakıdakı atışmada adı hallanan Nicatın görün kiminlə FOTOSU üzə çıxdı

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışamanın kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə görə baş verdiyi iddia edilib. "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də alınmayıb.

 

Hadisənin səbəbkarı olan Nicat Lənkəranski ilə bağlı foto əldə edilib. Belə ki, N.Lənkəranski "Emin 444" (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə öldürülən idmançı Zaur Yusifovla yaxın dost imiş.

 

Birlikdə çəkilmiş fotoda onların səmimiyyəti aydın görünür.

 

Xatırladaq ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu ("Emin 444") 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülmüşdü. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılmışdı. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət vermiş, Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilmişdi. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.

 

2022-ci ilin martın 14-də isə "Emin 444"ün xalası oğlu Samir Şirəliyev qisas almaq məqsədi ilə idmançını marketdə odlu silahdan atəş açaraq qəsdən öldürmüşdü. /32gun.az


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...