Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb. Yaranan əsas suallardan biri də Kür çayının qurumasının kənd təsərrüfatına necə təsir göstərəcəyidir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Report”a bildirib ki, artıq Mərkəzi Aran rayonlarında, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabadda su qıtlığı hiss olunur, halbuki hazırda taxıl