Logo

Qazax sakinlərində narkotik aşkarlandı - FOTO

Qazax sakinlərində narkotik aşkarlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazax sakinlərində narkotik aşkarlanıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Ayrı-ayrılıqda keçirilən müvafiq tədbirlər nəticəsində Raqif Məmmədrzayev, Sərdar Carçıyev, Ramiz Rəhimov, Kamran Qulyev, Adil Mirzəyev, Aydın Abdullayev və Cavid Məhərrəmov tutularaq polis şöbəsinə gətirilib.

Onların üzərinə və bir neçəsinin yaşadığı evə baxış keçirilən zaman heroin və metamfetamin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Qazax sakinlərində narkotik aşkarlandı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR