Logo

Ailələrin aylıq ticarət xərci 1600 manatı ötüb

Ailələrin aylıq ticarət xərci 1600 manatı ötüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda orta statistik ailənin (4 nəfərdən ibarət) aylıq ticarət xərcləri 1600 manatı ötüb.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayları ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq məhsul alıb.

Bu qədər xərcin 228 manatı ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının, 177,5 manatı qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Hesablamalar göstərir ki, Azərbaycanda bir orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, o cümlədən ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib.

Xərclərin bu səviyyəyə gəlməsinin əsas səbəbi 2021, 2022 və cari ildə qeydə alınan yüksək inflyasiyadır.

2021-ci ilin ilk 2 ayında orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi.

Son 2 ildə ticarət xərclərində 422 manat, o cümlədən ərzaqda 270 manat, qeyri-ərzaqda 144 manat artım baş verib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR