Bakıda 11 evi qarət edən dəstə tutuldu - VİDEO

Bakıda 11 evi qarət edən dəstə tutuldu - VİDEO

Bakıda 11 evdən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində 11 evdən oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

 

Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən icarət mərkəzlərindən birində satıblar.

 

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Oğurlanan əşyalarYunsur Rəhimov, qardaşı Ələsgər və qohumları


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...