Azərbaycanda bu şəxslər 3000 manatdan çox MAAŞ ALIRLAR
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) Sfera.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və