Heydər Əliyevin 100 illik yubileyi Həştərxanda qeyd edilir - FOTO

Heydər Əliyevin 100 illik yubileyi Həştərxanda qeyd edilir - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanmış, Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat Komitəsi yaradılmışdır. Tədbirlər Planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının, konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İlin əvvəlindən başlayaraq Ulu Öndərin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılmış, bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Sfera.az xəbər verir ki, Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı may ayının əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə olmuşdur.

 

Səfər zamanı ilk öncə Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri Vladimir Qolovkov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Vilayətin Hökümət üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ağaclar əkilmişdir. Volqa çayı sahilində yerləşən Heydər Əliyev Parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilmiş, Heydər Əliyev Parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış yenilənmə işləri ilə tanış olmuşlar.

 

O cümlədən, Həştərxan şəhərində yerləşən II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, əbədi məşəl önünə güllər qoyulmuşdur.

 

Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirmişdir.

 

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilmişdir. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilmiş, keçiriləcək tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir çox məsələlər ətraflı müzakirə edilmişdir. Bir çox təntənəli tədirlərin, o cümlədən Həştərxan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın may ayının əvvəlində keçirilməsi qərara alınmışdır.

 

Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilmiş, məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş qeyd edilən məktəbin direktoru T.Tixomirova Ulu Öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirmişdir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...