Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ - Bu şəxslər ehtiyatlı olsun...

Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ - Bu şəxslər ehtiyatlı olsun...

"Sabah ölkə ərazisində geomaqnit sahəsinin aktiv olacağı gözlənilir".

 

Sfera.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Aynur Abdulkərimova bildirib. 

 

Onun sözlərinə görə, geomaqnit sahəsinin aktivliyi günəşdə baş verən fəallıqla əlaqəlidir və günəş küləyi vasitəsilə geomaqnit sahəsinə təsir edən yüklü zərrəciklər yerin maqnit xətlərini kəsərək geomaqnit qasırğasına səbəb olur:

 

"Bu ay üçün 20, 27 və 30 aprel tarixlərində zəif geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. 18 apreldə isə geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. Maqnit qasırğalarının yüksək səviyyələrində radio siqnalların, peyk rabitəsinin kəsilməsi baş verə bilər. Sualtı internet kabellərinin, peyklərin, elektrik şəbəkələrin zədələnməsi də baş verə bilər ki, nəticədə insanlar üçün böyük problem yaranar".

 

Qeyd edək ki, maqnit qasırğasının əsas təsiri meteohəssas insanlara aiddir. Bu şəxslərdə elektromaqnit dalğası fonunda qan təzyiqi dəyişir, haldan-hala düşülür və başqa hallar qeydə alınır. Həmin şəxslər proqnozlara diqqət etməli, imkan daxilində göstərişlərə əməl etməli, evdə qalmalı və həkimlə əlaqə saxlamalıdır. Maqnit qasırğası zamanı daha çox qan təzyiqi oynayır, nəbz yüksəlir, ürək döyünməsi artır, boğulmalar və başqa hallar baş verə bilir.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...