Azərbaycanda bu şəxslər 3000 manatdan çox MAAŞ ALIRLAR

Azərbaycanda bu şəxslər 3000 manatdan çox MAAŞ ALIRLAR

2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Sfera.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib.

 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.

 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.


OXŞAR XƏBƏRLƏR