Logo

Xəstəxanada ÖLÜM: həkimlərə cinayət işi açıldı - RƏSMİ

Xəstəxanada ÖLÜM: həkimlərə cinayət işi açıldı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də Qəbələ rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR