Kişilərin 17,4, qadınların 5,7 faizi bu işlə məşğul olur
Azərbaycanda 2022-ci ildə aparılan tədqiqata əsasən, kişilərin 17,4 faizi, qadınlarınsa 5,7 faizi idmanla məşğul olur. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşı 15-dən yuxarı olan kişilərin 15,3 faizi asudə vaxtlarında, 1,7 faizi təhsil aldığı təhsil müəssisəsində, 0,4 faizi peşəkar səviyyədə idman edir. Kişilər ən çox 15-19 yaşlarında idmana maraq göstərir. Bu yaş qrupunda olanların 43,5 faizi idmanla məşğuldur. 20-44 yaşda olan kişilərin 23,6 faizi, 45-64 yaşda