Kişilərin 17,4, qadınların 5,7 faizi bu işlə məşğul olur

Kişilərin 17,4, qadınların 5,7 faizi bu işlə məşğul olur

Azərbaycanda 2022-ci ildə aparılan tədqiqata əsasən, kişilərin 17,4 faizi, qadınlarınsa 5,7 faizi idmanla məşğul olur.


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşı 15-dən yuxarı olan kişilərin 15,3 faizi asudə vaxtlarında, 1,7 faizi təhsil aldığı təhsil müəssisəsində, 0,4 faizi peşəkar səviyyədə idman edir. 


Kişilər ən çox 15-19 yaşlarında idmana maraq göstərir. Bu yaş qrupunda olanların 43,5 faizi idmanla məşğuldur. 20-44 yaşda olan kişilərin 23,6 faizi, 45-64 yaşda olanların 6,5 faizi, 65 yaşdan yuxarı olanların 2,2 faizi idman edir. 


Qadınlar arasında idman edənlərin nisbəti isə çox aşağıdır. Yalnız 15-19 yaş aralığında olan qadınlarda idmanla məşğulolma göstəricisi yüksəkdir. Bu yaşda olan hər 4 qadından biri idmanla məşğul olur. Yuxarı yaşlarda fərq kəskin şəkildə azalır və 1-5 faizə düşür. 


Vasif


OXŞAR XƏBƏRLƏR