Avtomobil 83 yaşlı kişini vuraraq öldürüb
Kateqoriya məlum deyil
Şəmkirdə avtomobil 83 yaşlı kişini vuraraq öldürüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kənd ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Kamil Rüstəmovu vurub.
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






