Parklardakı dərmanlanmış ağaclar və çiçəklər təhlükəlidir? - Açıqlama

Parklardakı dərmanlanmış ağaclar və çiçəklər təhlükəlidir? - Açıqlama

Bəzi hallarda bağbanlar paytaxt parklarındakı bitkilərin və çiçəklərin dərmanlı olduğunu bildirir, xüsusilə uşaqları bu bitkilərlə təmasdan uzaq olmağa çağırır.

 

Maraqlıdır, çiçəklərin və ağacların dərmanlanması ekoloji cəhətdən düzgündürmü? Belə parklarda gəziniti və hava qəbulu sonradan sağlıq problemləri yarada bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bitkilərin inkişafı üçün dərmanların vacib olduğunu bildirib:

 

“Biotexniklər bitki və ağaclar üçün xüsusi dərmanlar hazırlayırlar. Həmin dərmanlar bitkinin mövcud iqlim şəraitinə tab gətirməsinə yardımçı olur. İnsanların həmin bitkilərlə təmasda olması isə onlara hansısa ziyan verməz. Lakin parklarda meyvə gətirən ağacların meyvəsini yemək istəyən insanlar diqqətli olmalıdırlar. Belə ki, həmin ağacların meyvələrinin qabığı soyulub yeyilməli, yaxud  qabığı soyulduqdan sonra onları günəş altında saxlayıb yemək lazımdır”. 

 

Ekspert parklarda əkilməli olan ağaclardan danışıb:

 

“Xaricdən gətirilən ağac növləri bizim parklarda əkilməsə daha yaxşı olar. Yerli ağacları əkməyə üstünlük verməliyik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...