Bakıda sənədsiz evlərlə bağlı YENİ QADAĞA: "Qiymətlər kəskin ARTACAQ"
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Belə ki, evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi, eləcə də qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə