Boşanmaların əsas səbəbləri hansılardır? - Sosial Tədqiqatlar Mərkəzinin araşdırması

Boşanmaların əsas səbəbləri hansılardır? - Sosial Tədqiqatlar Mərkəzinin araşdırması

Sosial Tədqiqatlar Mərkəzi  son dövrlər ictimai müzakirə çevrilmiş boşanmalar və bunun başlıca səbəbləri ilə bağlı rəy sorğusu keçirib.

 

STM-dən Sfera.az-a verilən məlumata görə, boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6%)  ailədə narkomaniya və alkoqolizm problemi göstərilib.

 

İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir. Növbəti pillələrdə  xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.

 

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb.

 

Belə ki, boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Müvafiq olaraq, qadınların  63%-i, kişilərin  27%-i belə cavab verib. Bu zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında  statistik əhəmiyyətli fərq qeydə alınmayıb.

 

Cavabların ümumi  və demoqrafik bölgülərə əsasən təhlili müasir dövrdə ailənin psixoemosional funksiyasının getdikcə daha çox önəm kəsb etməsi, deviant davranışlar (narkomaniya/alkoqolizm), xüsusilə ailədaxili şiddətə getdikcə daha dözümsüz münasibətin formalaşdığını göstərir.

 

Qeyd edək ki, sorğular 2023-cü il ərzində telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğu 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

 

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...