Göyçay Rayon İcra Hakimiyyətində bələdiyyələrlə görüş keçirildi - FOTOLAR

22 noyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun şəhər və kənd bələdiyyələri ilə görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Göyçay Regional Ədliyyə İdarəsinin rəisi Elnur Əsədov, RİH başçısı aparatının əməkdaşları və bələdiyyələr iştirak ediblər.
Görüşdə bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər, problemlər
müzakirə edilib.Yerli vergi və ödənişlərin vaxtında, tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi, onlarla müvafiq işin
aparılması, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Bununla yanaşı keçirilən görüşdə bələdiyyələrin yerli vergilərin və rüsumların yığılması sahəsində məlumatlandırma və təbliğat-təşviqat işlərinin gücləndirilməsi,
həmçinin rayon ərazisində təmizliyə riayət edilməsi üçün vətəndaş və sahibkarlarla maarifləndirci söhbətlərin aparılması, eyni zamanda qanunamüvafiq tədbirlərin
görülməsi ilə bağlı tövsiyələr verilib.