Paytaxt və əyalətlər arasında pensiyalarda kəskin fərq var  - RƏQƏMLƏR

Paytaxt və əyalətlər arasında pensiyalarda kəskin fərq var  - RƏQƏMLƏR

Azərbaycanda orta aylıq pensiya məbləği 436 manatı ötsə də əyalətlərdə orta pensiya 400 manata çatmır. Əyalətlərdə yerləşən şəhər və rayonların əksəriyyətində pensiyalar 350 manatdan da aşağıdır. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-də ölkəmizdə 1,095 milyona yaxın pensiyaçı olub. Onlara hər ay ödənən pensiyaların orta məbləği 436,3 manatdır. 
Ölkə üzrə pensiyaların orta məbləğinin 436 manat olmasının səbəbi Bakı pensiyaçılarının daha yüksək məbləğdə pensiya almasıdır. Paytaxtda 378,8 mindən çox pensiyaçı var və onlar ayda orta hesabla 594,4 manat pensiya alır. 


Məhz Bakıda pensiya alanların sayının çox olması və onların yüksək pensiya alması ölkə üzrə orta pensiya məbləğinin 436 manatı keçməsinə səbəb olub. 


Bakıdan kənarda yalnız Naxçıvan Muxtar Respublikasında pensiya məbləği 400 manatı ötür. Muxtar respublikada orta pensiya məbləği 405,2 manatdır. 


Digər şəhər rayonlar arasında yüksək pensiya məbləği Zəngilan rayonunda (395 manat), Şirvan şəhərində (376 manat), Şuşa rayonunda (372 manat) qeydə alınıb. 


Orta pensiya məbləği Azərbaycanın ikinci ən böyük şəhəri olan Sumqayıtda 370 manat, üçüncü ən böyük şəhər olan Gəncədə 362 manat təşkil edir. 


Digər şəhər və rayonlarda isə orta aylıq pensiya məbləği 330-360 manat arasında dəyişir. 


Beləliklə, Bakıda verilən pensiyalar əyalətlərdən 230-250 manat çoxdur. Müqayisə göstərir ki, Bakıda bir pensiyaçının 6-7 ayda aldığı pensiyanı əyalət pensiyaçısı bir ildə ala bilir.   


Vasif

 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...