Dayə seçərkən nələrə diqət etmək lazımdır? – Psixoloq AÇIQLADI

Dayə seçərkən nələrə diqət etmək lazımdır? – Psixoloq AÇIQLADI

İşləyən valideynlərin bir çoxu vaxt çatışmazlığından övladlarını dayələrə edibar edirlər. Lakin bəzi hallada bu dayələr etibarsız və güvənilməz ola bilir.

 

Bəs, dayə seçimində nələrə diqqət etmək lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova etiraf edib ki, övladların ana qayğısı ilə böyüməsi daha məqsədəyğundur.

 

“Valideynlər məcburiyyət qarşısında qaldıqları zaman dayə tutmağa üstünlük verirlər. Lakin sosial şəbəkələrdə dayələrin uşaqlara münasibəti ilə bağlı paylaşılan videolar məyusedicidir. Dayələr əsasən kiminsə məsləhəti və tövsiyəsi ilə seçilir. Dayəlik özü xüsusi bir peşədir. Amma bizim ölkəmizdə iş tapa bilməyən hər xanım dayə ola iləcəyini düşünür”.

 

Psixoloq qeyd edib ki, xarici ölkələrdə dayələr xüsusi dərslərdən və masterklasslardan keçərək sertifikat alırlar. Ondan sonra işədüzəltmə şirkətləri tərəfindən işlə təmin olunurlar.

 

“Bizim ölkədə istənilən evdar xanım dayə ola bilir. Bu isə düzgün yanaşma deyil. Dayə seçərkən onların psixoloji vəziyyəti və həmin şəxsin analıq hissini yaşamış olması xüsusilə nəzərə alınmalıdır. Dayənin səbrli və təmkinli olması da əsas nüanslardan biridir”.

 

G. Orucova son olaraq əlavə edib ki, dayənin xarici görünüşündə qüsur olmaması önəmlidir. Əks halda uşaq dayədən qorxa və çəkinə bilər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR