Güclü külək əsib, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb. Bu barədə Sfera.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək