“ANS açılsaydı, indiki kanallardan fərqli iş görməyəcəkdi” – Turan İbrahimov

“ANS açılsaydı, indiki kanallardan fərqli iş görməyəcəkdi” – Turan İbrahimov

“ANS telekanalı yenidən açılmalıdır. Amma bu, o demək deyil ki, açılandan sonra fərqli bir TV olacaq”.

 

Sfera.az bildirir ki, bunu tanınmış teleaparıcı Turan İbrahimov deyib. Onun sözlərinə görə,  ANS bu gün yayımda olsaydı, nə Real TV-dən, nə də ARB24- dən fərqli bir iş görəcəkdi:

 

“Çünki ANS-in ATV, Space, Xəzər kimi formatda yayım siyasəti apardığı dövr də var idi. Bəlkə də efir setkasını indi tənqid olunan verlişlərə bənzər verlişlərlə doldurmuşdu. Unutmayaq ki, indiki sosial layihələrin əsası məhz ANS-də qoyulmuşdu. Hazırda ənənəvi TV yayımçılığı onsuz da sürünür. ANS-in də “Youtube” kanalı, həmçinin, məsuldar, dinamik və yenilikçi fəaliyyət göstərməsi üçün hər cür imkanı və şəraiti var. Böyük studiyaları, maddi-texniki bazası, arxivləri mövcuddur. Ən əsası, Vahid Mustafayevin həmin kanalı ayaqda saxlaması üçün digər şirkətləri də var. Amma biz nə görürük? Həmin “Youtube” kanalı çox zəifdir, heç bir təsir imkanı yoxdur. Ümumiyyətlə yox kimi bir şeydir”.

 

T.İbrahimov qeyd edib ki, “Youtube” kanalını inkişaf etdirə bilməyənlər ənənəvi yayımda da fərqli bir iş görə bilməyəcəkdilər: “ANS əfsanədir! Bir çoxlarının ilk dövründəki vaxtlarıyla xatırladığı, bəzilərinin də bağlandığı üçün əzizlədiyi, haqqında danışdığı, reallıqdan qoparıb dağların başına qoyduğu, uydurduğu əfsanə...”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR