Qadınları şantaj edən “Roman” tutuldu - FOTO

Qadınları şantaj edən “Roman” tutuldu - FOTO

İsmayıllıda polisin keçirdiyi tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Sfera.az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, bir neçə rayon sakini polisə müraciət edərək instaqramda tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yaşar Məmmədov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu  dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə,  İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Qonşu ölkədə güclü zəlzələ oldu

İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-i səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu ba...

Salyanda əməliyyat: saxlanılanlar var

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qis...

Anası tərəfindən səhnəyə itələndi, kazinoçular tərəfindən oğurlandı - FOTOLAR

Yeşilçamın “mavi muncuğu” kimi yadda qalan Emel Sayın həm səsi, həm də oynadığı filmlərin uğuru ilə ürəyimizi fəth edən bir addır. Ancaq çoxları &ld...

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...