Yasamalda yanğın olub - VİDEO

Yasamalda yanğın olub - VİDEO
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. 

 

Sfera.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb. 

 

Restoran və mənzillər yanğından mühafizə olunub.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR